Reklam resmi
Reklam resmi

Televiziya kanalına BASQIN: "Sizin burada yeriniz yoxdur!" - VİDEO

Televiziya kanalına BASQIN: \"Sizin burada yeriniz yoxdur!\" - VİDEO
Dünya
1452

Səudiyyə Ərəbistanında yerləşən MBC kanalı yayımladığı bir proqramda Fələstin, İran, Livan, İraq və Yəmənin müqavimət liderlərini “terrorçu” adlandırıb.

Ajans.az xəbər verir ki, öldürülən Həmas lideri Sinvarı da hədəf alan kanala İraqın paytaxtı Bağdadda şiə milis qüvvələrini dəstəkləyən qrup basqın edib.

İraqın paytaxtı Bağdadda şiə milis qüvvələrini dəstəkləyən bir qrup Səudiyyə Ərəbistanının “MBC” telekanalının binasına basqın edib. Kanalın silahlı qrupların liderlərini təhqir etdiyini bildirən “İraqda YERİNİZ YOX” adlı qrup, kanaldakı bəzi əşyaları zədələyib, binanın çöl qapısını yandırıb. Şiə qruplarına yaxınlığı ilə tanınan millət vəkili Mustafa Send, sosial media hesabındakı paylaşımında "Dövlət tərəfindən dəstəklənən “MBC IRAQ “kanalı, bu məsələ qırılmaqla, yandırmaqla bitmir. İraqda sizin yeriniz yoxdur, biz lisenziyanızı ləğv etməyə çalışacayıq”, - deyə bildirib.

author picture
Ajans_az Muxbir
Mövzular:
televiziya basqın iraq terror

Digər Xəbərlər