Reklam resmi
Reklam resmi

İlon Maskın sərvəti bir gün ərzində milyardlarla KİÇİLDİ

İlon Maskın sərvəti bir gün ərzində milyardlarla KİÇİLDİ
İqtisadiyyat

Amerikalı iş adamı İlon Maskın sərvəti 22 milyard dollar azalıb.

Ajans.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

Məqalədə bunun Avropada Tesla satışlarının azalması ilə əlaqədar olduğu qeyd edilir. Şirkətin səhmləri son vaxtlar 8,4% ucuzlaşıb.

Avtomobil istehsalçısı Teslanın səhmləri, şirkətin elektrik avtomobillərinin Avropada satışlarının yanvar ayında demək olar ki, yarıya qədər azaldığı xəbərindən sonra çərşənbə axşamı ticarətdə ucuzlaşıb. Qeyd edək ki, digər istehsalçıların elektrik avtomobillərinin ümumi satışı 57% artıb.

Məqalədə o da bildirilir ki, Mask hələ də dünyanın ən varlı adamları siyahısına başçılıq edir. Nəşrin analitiklərinə görə, onun sərvəti hazırda 358 milyard dollar qiymətləndirilir.

author picture
Ajans_az Muxbir
Mövzular:
İlon Mask Sərvət

Digər Xəbərlər