Reklam resmi
Reklam resmi

TƏCİLİ: Netanyahunun evi VURULDU! - VİDEO

TƏCİLİ: Netanyahunun evi VURULDU! - VİDEO
Dünya
1637

Hizbullaha aid olduğu iddia edilən kamikadze pilotsuz təyyarə İsrailin baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki evini hədəf alıb.

Ajans.az xəbər verir ki, Netanyahunun taleyi hələ məlum olmasa da, İsrail hökuməti İsrail mediasına nəşr qadağası qoyub. Şahidlər İHA havaya qalxdıqdan sonra böyük partlayış gördüklərini bildiriblər.

İHA-nın hücumu zamanı sirenlərin eşidilmədiyi bildirilib. İsrail baş nazirinin taleyi məlum deyil. Onun ofisi şərh verməkdən imtina edib. İsrail hökuməti bu xəbərlə bağlı İsrail mediasına nəşr qadağası qoyub.

İsrail ordusundan verilən açıqlamada İHA-nın İsrail hava məkanına daxil olduğu təsbit edilib və onlardan ikisinin məhv edildiyi bildirilib. İHA-nın Qeysəriyyə şəhərində bir tikiliyə düşdüyü, lakin xəsarət alan olmadığı bildirilib. Hücum zamanı hərbi kiberkəşfiyyatdan məsul olan "Unit 8200"-ün birgə bazası olan Glilot Base-də həyəcan siqnalları işə salınıb.

author picture
Ajans_az Muxbir
Mövzular:
netanyahu pua ev vuruldu

Digər Xəbərlər