Putin dünənki danışıqlara münasibət bildirdi
Rusiya Prezidenti Vladimir Putin ötən gün ölkəsi ilə ABŞ arasında Ər-Riyadda aparılan danışıqlara münasibət bildirib.
Ajans.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Qiymətləndirmə müsbətdir”, - Putin qeyd edib.
Rusiya dövlət başçısının sözlərinə görə, ona məlumat verilib ki, ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında görüşü dostluq şəraitində keçib.