Reklam resmi
Reklam resmi

Zelenski açıqlama YAYDI: 45100 əsgər...

Zelenski açıqlama YAYDI: 45100 əsgər...
Dünya

Vladimir Zelenski Ukrayna silahlı qüvvələrinin 45 100 hərbçini itirdiyini iddia edib.

Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Onun sözlərinə görə, 390 minə yaxın xəsarət faktı qeydə alınıb. O əlavə edib ki, bəzi hərbçilər dəfələrlə yaralanıb.

2024-cü ilin fevralında Zelenski ordusunun ölənlərinin sayının 31 minə çatdığını bildirmişdi. Daha sonra “Strana” KİV-i Baş Qərargahın baş komandanlığın qərargahına təqdim etdiyi rəqəmlərə istinadən xəbər verib ki, döyüşlərdə 70 minə yaxın ukraynalı hərbçi həlak olub, 35 min nəfər isə itkin düşüb.

Bununla belə, ABŞ prezidenti Donald Trampın 400 min ukraynalının döyüşlərdə itirilməsi ilə bağlı sözlərini şərh edən Zelenski ölkəsinin 43 min hərbçini ölü, 370 min hərbçini isə yaralı kimi itirdiyini bildirib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Zelenski Əsgərlər Həlak

Digər Xəbərlər