Reklam resmi
Reklam resmi

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
Dünya

Tanınmış aktyor İqor Yankovski 73 yaşında vəfat edib. O, sovet dövrünün məşhur aktyoru Oleq Yankovskinin qardaşı oğlu idi.

Ajans.az xəbər verir ki, Rusiya mətbuatındakı məlumatlara görə, İqor Yankovski onkoloji xəstəlikdən əziyyət çəkirdi.

O, 1951-ci ildə anadan olub. 1974-cü ildə Şukin adına Teatr Məktəbini bitirib. 1992-ci ilə qədər Malaya Bronnaya teatrında çalışıb. 1973-cü ildə o, "Məndən daha güclüdür" filmində ilk filmə çəkilib.

Televiziya seriallarında da çəkilib. 90-cı illərdə reklam biznesində işə başlayıb. 2004-cü ildə Rusiya Reklam Agentlikləri Assosiasiyasının prezidenti olub. O, əmisi oğlu Filipp Yankovskinin “Hərəkətdə” filmində çəkilib və NTV-də yayımlanan “Xəsislik” televiziya oyun şousunun aparıcısı olub.

Mövzular:
aktyor vəfat

Digər Xəbərlər