"Netflix" ulduzu vəfat ETDİ

“Netflix” də yayımlanan Hunting Dogs serialının ulduzu, Cənubi Koreyalı aktrisa Kim Sae-ron 24 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mənbənin məlumatına görə, sənətçinin meyiti Seuldakı mənzilində tapılıb. Polisin heç bir şiddət əlaməti aşkar etmədiyi bildirilir.
Kim Sae-ronun ilk böyük layihəsi Kann kinofestivalında nümayiş etdirilən “Yeni həyat” filmi olub. Aktrisa Cənubi Koreyanın 2010-cu ilin ən çox gəlir gətirən filmi olan “Heç bir yerdən gələn adam” filmində də rol alıb. 2022-ci ildə qız sərxoş maşın sürdüyü üçün həbs olunub, bundan sonra karyerası geriləməyə başlayıb. Sənətçinin agentliyi hadisədən sonra maddi sıxıntı yaşadığını təsdiqləyib.