Netanyahudan təhdid dolu MESAJ: Bədəlini ödəyəcəksiz

Netanyahudan təhdid dolu MESAJ:
Netanyahu
Siyasət 11-12-2024 - 10:11

İsrailin baş naziri Benyamin Netanyahu Suriyada hakimiyyəti ələ keçirən qruplaşmaları təhdid edən mesaj yayımlayıb.

Ajans.az xəbər verir ki, suriyada ordusunun həyata keçirdiyi hücumların təhlükəsizlik üçün olduğunu iddia edən Netanyahu, “Əgər bizə hücum etsələr, sərt cavab verəcəyik və onlara ağır bədəl ödətdirəcəyik” sözlərini dilə gətirib. 

Netanyahu Baas rejimini devirən qruplarla əlaqələr qurmaq istədiyini ifadə edib.

“Ancaq İranın Suriyada məskunlaşmasına icazə versələr, İran silahlarının və ya hər hansı digər silahların Hizbullaha verilməsinə icazə versələr, ya da bizə hücum etsələr, sərt cavab verəcəyik”, - deyə baş nazir bildirib.

İsrail ordusu Bəşər Əsədin devrilməsindən sonra Suriyada 320 nöqtəyə hava hücumu təşkil etdiyini açıqlayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: