Netanyahu prezident seçkilərinə təsir edə biləcək? - AÇIQLAMA

Amerikanın Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunun noyabrda ABŞ-da keçiriləcək seçkilərə təsir etmək üçün Qəzzada atəşkəs razılaşmasını əldən verib-vermədiyi barədə məlumatı olmadığını bildirib.
Ajans.az xəbər verir ki, sözügedən məsələ Ağ Evdəki mətbuat konfransı zamanı üzə çıxarılıb. Belə ki, Qəzzada 42 minə yaxın əhalinin öldürüldüyü müharibənin bir ilinin tamam olmasına bir neçə gün qalıb, buna görə də konfrans zamanı bu tip suallar Baydenə ünvanlanıb.
Co Bayden sualı cavablayarkən qeyd edib ki, onun qədər İsrailə kömək edən olmayıb: “Heç bir administrasiya İsrailə məndən çox kömək etməyib. Düşünürəm ki, Netanyahu bunu yadda saxlamalıdır. Həmçinin onun seçkiyə təsir göstərib-göstərməyəcəyi ilə bağlı heç nə bilmirəm. Amma buna inanmıram”.
Baydenin administrasiyası bir neçə aydır ki, İsrailin qəsdən belə bir sövdələşməni davam etdirə biləcəyi ehtimalını aşağı salır, bunun əvəzinə müntəzəm olaraq Həmasla bağlı danışıqların pozulmasına görə onu daha da günahlandırır. Netanyahunun mövqeyinin danışıqlar boyu dəyişdiyini və hər hansı irəliləyişin qarşısını aldığını dəfələrlə sübut edən xəbərlərə baxmayaraq administrasiya hələ də bunu gözardı edir.
Onu da qeyd edək ki, Netanyahunun Ağ Evdə üstünlük verdiyi insan hər zaman Donald Tramp olub.