Netanyahu Beynəlxalq Məhkəməni HƏDƏLƏDİ - VİDEOMÜRACİƏT

İsrailin baş naziri Benyamin Netanyahu sosial media hesabında paylaşdığı video mesajında Beynəlxalq Cinayət Məhkəməsinin onun və keçmiş müdafiə naziri Yoav Gallantın barəsində çıxardığı həbs qərarı ilə bağlı “İsrail bu qərarı tanımır və tanımayacaq” deyib.
Ajans.az xəbər verir ki, Netanyahu, qərarı icra edəcəklərini açıqlayan ölkələri də dolayısı ilə hədələyib.
O, barəsində çıxarılan həbs qərarı ilə bağlı sosial şəbəkə hesabında videomüraciət yayıb. Netanyahu ona qarşı həbs orderinin verilməsini “qara gün” kimi qiymətləndirərək, “Bu, tək məqsədli antisemit tədbirdir” sözlərini dilə gətirib. Netanyahu İsrailin qəzzalıları ac qoymadığını iddia edib.
Netanyahu başda ABŞ olmaqla, qərara qarşı çıxanları təqdir edib. Qərarı icra edəcəklərini açıqlayan ölkələri isə üstüörtülü şəkildə hədələyib.