Netahyahunun atəşkəsi çox ÇƏKMƏDİ: Müharibəyə davam edəcək

Netahyahunun atəşkəsi çox ÇƏKMƏDİ:
Netanyahu
Siyasət 05-02-2025 - 15:09

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri zamanı Qəzzada qətliamı davam etdirəcəkləri ilə bağlı açıq mesaj verib.

Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. 

“İsrail müharibəni qalib gələrək bitirəcək” deyən Netanyahu, “Bölgəmizə sülh gətirmək üçün Qəzzada işi bitirməliyik” ifadələrini işlədib.

ABŞ prezidenti Tramp Ağ Evdə qəbul etdiyi İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Qəzzanın indi tamamilə dağıdılmış böyük bir dağıntı sahəsi olduğunu qeyd edən Tramp, Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə getmələrinin çox daha yaxşı olacağını müdafiə edib.

Netanyahu isə Qəzzada qırğını davam etdirəcəkləri ilə bağlı açıq mesaj verib:

“Cənab prezident, gələcəyimizi təmin etmək və bölgəmizə sülh gətirmək üçün Qəzzada işi bitirməliyik. İsrail müharibəni qazanaraq müharibəni bitirəcək. İsrailin qələbəsi Amerikanın qələbəsi olacaq. Birlikdə çalışaraq, təkcə müharibəni deyil, sizin liderliyiniz və tərəfdaşlığınızla sülhü də qazanacağıq. Bölgəmiz üçün parlaq gələcək quracağıq və daha böyük müttəfiqliyimizi daha da yüksəklərə aparacağıq”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: