Nərimanovda binada yanğın: 3 nəfər təxliyə edildi

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 1600 m² olan obyektin sahəsi 8 m² olan otağında taxta tullantıları və əşyalar yanıb.
Ajans.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.