Nazilə Səfərli bu aparıcının oğluna Elçi Gedir...

Xəzər TV-nin "Xəzər Axşamı" verilişinin aparıcısı Mətanət Əliverdiyeva, verilişdə maraqlı bir dialoq yaşayıb.
Ajans.az xəbər verir ki, Nazilə xanım, Mətanət Əliverdiyeva ilə söhbət edərkən onun oğlunun evlilik məsələsinə toxunub.
O, aparıcıya sual verib: "Sənin oğlunun neçə yaşı var?"
Mətanət Əliverdiyeva bu sualı gülə-gülə cavablandıraraq, "Əgər mənim oğluma qız tapmısansa, çox şad olaram. Oğlumun 32 yaşı var"- deyib. Bunun üzərinə Nazilə Səfərli, " 27 yaşında, tərbiyəli, oxumuş bir qız var. Oğlunun şəklini göstər, mən də qızın şəklini göstərərəm" deyərək məsələyə müdaxilə edib.
Nazilə xanım zarafatla əlavə edib:
"Gördüm ki, anan tərpənmir, bala özüm işə qarışdım."
Aparıcı isə verilişin sonunda Oqtay, "Hazırlaş, sənə elçi gedirik," deyə gülə-gülə bildirib. Bu şən və maraqlı dialoq həm verilişin izləyicilərini, həm də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
View this post on Instagram