Kanye ilk dəfə təcavüz iddialarından DANIŞDI

Kanye ilk dəfə təcavüz iddialarından
Kanye
Şou Biznes 21-02-2025 - 16:17

Amerikalı reper Kanye Uest ilk dəfə iş yerində zorlama və təqib iddialarına münasibət bildirib. 

Ajans.az xəbər verir ki, bu barədə o, X səhifəsində (keçmiş Twitter) emosional paylaşımlarda yazıb.

Xüsusilə, reper keçmiş köməkçisi Lauren Pisciottanın ona qarşı qaldırdığı iddiaya cavab verib. Qız Kanyeni ona narkotik verməkdə və zorlamaqda ittiham edib. Bu işdə P.Diddi kimi tanınan repçi Sean Combsun da hal-hazırda seks cinayətlərinə görə mühakimə olunmasını gözlədiyi iddia edilir.

“Bilirsən niyə mən Lauren Pisciotta ilə cinsi əlaqədə olmamışam? Çünki ondan həmişə pis qoxu gəlirdi. Məndən pul qoparmağa çalışan hər şeyini itirəcək”, –deyib.

Uest keçmiş köməkçisinə yumurtalarını dondurmağı da tövsiyə edib. Sənətçi bu ifadənin mənasını açıqlamayıb.

Daha əvvəl məlum olmuşdu ki, reper Kanye Uest bir neçə gün əvvəl sevgisini etiraf etdiyi nasizmdən əl çəkib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: