Dünya ulduzu həmkarı ilə kameralara belə yaxalandı! - FOTOLAR
28 yaşlı Timoti Çalamet çəkiliş meydançasında 52 yaşlı aktrisa Qvinet Peltrou ilə kameralara tuş gəlib.
Ajans.az xəbər verir ki, amerikan və fransız aktyor Timoti Şalame aktrisa Qvinet Peltrou ilə açıq-saçıq səhnədə olarkən paparassilərə yaxalanıb. Müvafiq şəkilləri “Daily Mail” dərc edib.
28 yaşlı sənətçi Nyu-Yorkda “Marti Supreme” idman dramının çəkiliş meydançasında 52 yaşlı qadınla öpüşərkən küçə fotoqrafları tərəfindən lentə alınıb. Bunun üçün Şalame qalstuklu klassik qoşa ətəkli kostyum, Peltrou isə uzun qırmızı trençkot və qara dəri əlcək geyinib.