NATO və Ukrayna Rusiyanın yeni raketi ilə bağlı təcili iclas keçirəcək
Ukrayna - NATO Şurası Rusiyanın Ukrayna hərbi-sənaye kompleksi obyektlərinə qarşı yeni ballistik raketdən istifadə etməsi ilə bağlı fövqəladə iclas keçirəcək.
Ajans.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb .
“Ukrayna və NATO Rusiyanın hipersəs ballistik raketinin Ukraynaya endirdiyi zərbəni qiymətləndirmək üçün çərşənbə axşamı Ukrayna-NATO Şurasının iclasını keçirəcək”, - agentlik bildirir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin həmvətənlərinə müraciəti zamanı demişdi ki , Moskva Amerika və Britaniyanın uzaqmənzilli raketlərinin hücumlarına cavab olaraq Ukraynadakı hədəfləri ən son “Oreşnik” orta mənzilli ballistik raketlə vurub.