NATO Ukraynaya dəstəyi dayandırır? - AÇIQLAMA
Şimali Atlantika Alyansı Ukrayna lideri Vladimir Zelenskinin “qələbə planını” təqdim etməsindən sonra hərbi blokun Ukraynaya dəstəyini azaltdığı barədə heç kəsdə təəssürat yaratmasını istəmir.
Ajans.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. “Alyans Kiyevin döyüşmək üçün kifayət qədər silaha malik olmasını təmin etməyə çalışacaq. “Qələbə planı”nın hər sətri dünənki müzakirə mövzusu deyildi. Biz bunu sadəcə qeyd etdik. Əsas müzakirə mövzusu Rusiyada hər kəsin NATO-nun Ukraynaya dəstəyini azaltdığını düşünməsinin qarşısını almaq idi”, - deyə, baş katib qeyd edib.
Ruttenin sözlərinə görə, “qələbə planı”nda aydınlaşdırma və əlavə müzakirələr tələb edən kifayət qədər təşəbbüslər var. O əlavə edib ki, NATO müttəfiqləri hazırda Zelenskinin təkliflərinin bir neçə məqamı üzrə konsensusa gələ bilmirlər.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Avropa Şurasının Zelenskinin “qələbə planı”na o qədər də həvəs göstərmədiyini bildirib. O qeyd edib ki, “qələbə planı” münaqişəni həll etməyə çalışmır və tunelin sonunda reallığı dəyişə biləcək qədər parlaq işıq deyil.