Naftalanda qadın sirkədən zəhərləndi

Naftalanda qadın sirkədən
Hadisə 25-03-2025 - 22:33

Naftalan sakini sirkə turşusundan zəhərlənib.

Ajans.az "Teleqraf"a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü K.Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadına ilkin tibbi yardım edilib və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: