Müharibə ŞİDDƏTLƏNİR: Paytaxt vuruldu - Xeyli sayda YARALI VAR/YENİLƏNDİ

Müharibə ŞİDDƏTLƏNİR: Paytaxt vuruldu -
Hizbullah
Siyasət 19-11-2024 - 11:45
 2009

Xəbər verdiyimiz kimi, Hizbullah Livandan İsrailin paytaxtı Təl-Əvivə raket zərbəsi endirib.

Ajans.az xəbər verir ki, hücumda 5 nəfər yaralanarkən, bir çox bölgədə yanğın baş verib.

Qeyd olunub ki, raket İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib, lakin onun fraqmentləri Tel-Əviv yaxınlığındakı Ramat Qan və Beni Brak bölgələrinə düşüb. Sosial mediada yayılan görüntülərdə hücum nəticəsində Ramat Qan bölgəsində bir binada yanğının başladığı görülüb.

10:18***

Hizbullah Tel-Əvivin hərbi kəşfiyyatına raket zərbələri endirib.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bildirilib ki, raket hücumu “sionist düşmənin həyata keçirdiyi hücum və qırğınlara cavab olaraq” həyata keçirilib.

İlkin məlumata görə, 3 nəfərin yaralandığı hücum nəticəsində böyük elektrik yanğını baş verib. Hücum ilə əlaqədar Təl-Əvivdə də xəbərdarlıq sirenləri səslənib. Sirenlər səslənərkən qaçmağa çalışan şəxsi avtomobil vurub.

Həmin anlar təhlükəsizlik kamerasına əks olunub. Görüntülər mağazadan çıxaraq qaçmağa başlayan şəxsin yolu keçmək istəyərkən avtomobilin vurması anını lentə alıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: