Müharibə GƏRGİNLƏŞİR: Ukrayna Rusiyaya hücum etdi
Ukrayna Silahlı Qüvvələri (AFU) Kursk vilayətinə raket zərbəsi endirib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksey Smirnov “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, mərmi növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq zərbənin qarşısını alıb. Raketin məhv edildiyi ərazi, eləcə də yerdə mümkün fəsadlar barədə məlumat açıqlanmır.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, cümə günü, noyabrın 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələri 47 pilotsuz uçan aparatın köməyi ilə Rusiyanın 6 bölgəsinə hücuma cəhd edib. Rostov vilayəti üzərində 29, Krasnodar diyarı üzərində səkkiz, Belqorod, Voronej və Bryansk vilayətləri üzərində üç, Krım üzərində bir pilotsuz uçuş aparatı vurulub.
Rostov vilayətində pilotsuz təyyarənin hücumundan sonra Kamenski rayonunda neft anbarı yanıb. Lakin hadisənin səbəbi rəsmi olaraq açıqlanmayıb. Hadisə şahidləri yanan obyekti videoya çəkiblər.