Müdafiə Nazirliyinin sabiq rəisinin cinayət işinin yeni təfərrüatları ORTAYA ÇIXDI

Müdafiə Nazirliyinin  sabiq rəisinin cinayət işinin yeni təfərrüatları
Dünya 21-10-2024 - 22:09

Məlum olub ki, hələ 2017-ci ildə müstəntiqlər Rusiya Müdafiə Nazirliyinin geyim şöbəsinin keçmiş rəisi, polkovnik Vladimir Demçikin seyfindən dörd milyon rubl tapıblar.

Ajans.az xəbər verir ki, bu barədə “Kommersant” özünün Telegram kanalında məlumat yayıb.

Nəşrin məlumatına görə, o zaman, 2017-ci ildə Demçik Knyagininskaya Tikiş Fabriki ASC-nin baş direktoru Aleksandr Svistunovdan dörd milyon rubl məbləğində rüşvət almaqda ittiham edilərək həbs edilib. Lakin sonra polkovnik bu pulların mənşəyinin qanuniliyini sübut edə bildi və dələduzluq işinə xitam veriib.

İndi bu məbləğ Voronejdən olan iş adamı Oleq Tribunskix polkovnikin əleyhinə ifadə verəndə yenidən gündəmə gəlib. O, həmçinin bildirib ki, Demçik Müdafiə Nazirliyinin Resurs Təminatı İdarəsinə rəhbərlik edən general-mayor Mümincanova rüşvət verib.

PAYLAŞ: