Moskvada terror aktına cəhd edilib

Moskvada terror aktına cəhd edilib
Dünya 28-03-2025 - 11:27

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb.

Ajans.az APA-ya istinadən xəbər verir ki, bu barədə FSB məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsdən 5 kq-lıq bomba götürülüb. Onun Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğu qeyd olunub.

Saxlanılan şəxs ilkin ifadəsində terror aktını törətdikdən sonra Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün Ukraynaya getməyi planlaşdırdığını bildirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: