Moskvada polis əməkdaşı sərxoş vəziyyətdə qəza TÖRƏTDİ
Moskva yaxınlığındakı Vidnoyedə polis üç maşının iştirakı ilə qəza törədib.
Ajans.az-ın xəbərinə görə, nəticədə üç avtomobilə ziyan dəyib, lakin itki olmayıb. Həmçinin qəza yerində qeydə alınan video yayılıb.
Görüntülərdə huşunu itirmiş polis formasında olan şəxsin avtomobilin içərisində süründüyü görünür. Moskva vilayəti polisinin məlumatına görə, "Skoda"nı Rusiya Daxili İşlər Nazirliyinin Leninski şəhər rayonu üzrə bölmələrindən birinin əməkdaşı idarə edib .
Qəza işdən kənar vaxtda baş verib.