Mingəçevirdə yol qəzası baş verib- Yaralılar var

Hadisə
23-02-2025 - 12:25
Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
''Ajans.az'' APA-ya istinadən xəbər verir ki, "Mercedes" və "VAZ-21099" markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.