Mingəçevirdə maşın velosiped sürən uşağı vurdu

Gündəm
02-04-2025 - 20:36
Mingəçevirdə maşın velosipedçi uşağı vurub.
Ajans.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Sənaye Parkının qarşısında baş verib. Hərəkətdə olan "Volsfagen" markalı avtomobil 2018-ci il təvəllüdlü İsmayılov Rəsul Asiman oğlunu vurub. Sürücü dərhal öz maşını ilə uşağı xəstəxanaya çatdırıb. Faktla bağlı araşdırma başlanıb.