Milyonlarla investor məyusluq YAŞAYIR - SƏBƏB

Milyonlarla investor məyusluq
Kripto
İqtisadiyyat 04-03-2025 - 11:30

ABŞ prezidenti Donald Trampın ehtiyat sərəncamından sonra kriptovalyuta bazarları yüksəlişdə olub. Açıqlamadan sonra Bitcoin 95 000 dollar, Ethereum isə 2 500 dollar görüb. ADA 80 faizlik artımla ən diqqətəlayiq performansı qeyd edib. Bununla belə, son iki gündən sonra yüksələn kriptovalyutalar qazancları geri qaytarıb.

Ajans.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp kriptovalyuta investorlarının aylardır gözlədiyi qərarı verib. O, ABŞ-nin strateji kriptovalyuta ehtiyatına Bitcoin (BTC) və Ethereum (ETH), həmçinin Ripple-ın XRP, Solana-nın SOL və Cardano-nun ADA tokenlərini daxil edəcəyini açıqlayıb.

Trampın bəyanatından sonra bir müddətdir davam edən bazar durğunluğu geri dönüb. Bitcoin 10 faizdən çox artımla 86.000 dollardan 95.000 dollara yüksəlib. Ethereum 15 faiz artaraq 2220 dollardan 2500 dollara kimi qalxıb.

Ehtiyatda olduğu açıqlanan ADA, təxminən 80 faiz dəyər qazanaraq 0,67 dollardan 1,17 dollara yüksəlib. Eyni şəkildə, XRP təxminən 40 faiz artaraq 2,88 dollara, SOL isə 25 faiz artaraq 180 dollara yüksəlib.

Ardıcıl artımlar kriptovalyuta investorlarını sevindirsə də, bu sevinc qısamüddətli oldu. Son iki gündən sonra kriptovalyutalar kəskin ucuzlaşma ilə üzləşib. Mənfəətin baş verdiyi bazarlarda rəqəmlər Trampın açıqlamalarından əvvəlki səviyyəyə düşüb.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: