Metroda ŞOK: Uşağın barmaqları eskalatorda QALDI
Sankt-Peterburq metrosunda metronun "Ploşçad Vosstaniya" stansiyasında eskalator dörd yaşlı uşağın barmaqlarını sındırıb.
Ajans.az xəbər verir ki, bu barədə “Şot Telegram” kanalı məlumat verib.
Nəşrin məlumatına görə, oktyabrın 23-nə keçən gecə uşaq valideynləri ilə birlikdə eskalatorda gedərkən onun sol əlini qaldırma mexanizmi çeynəyib. Nəticədə oğlanın iki barmağı sınıb. Yaralının vəziyyəti orta-ağır olaraq Pediatriya Universitetinə yerləşdirilib.
Sankt-Peterburq metrosunun mətbuat xidməti məlumat verib ki, ata uşağa qısa müddətlik nəzər yetirməyib, bu səbəbdən oğlan yıxılıb və əli liftin pilləkənləri arasına düşüb.