Xalq artistindən BƏD XƏBƏR - Bu ölkədə

Ötən bazar günü, aprelin 13-də sovet və rus teatr, kino və səs aktyoru Mixail Boyarski Sankt-Peterburqdakı Lensovet teatrında tamaşa zamanı xəsarət alıb.
Ajans.az "Tass"a istinadən xəbər verir ki, teatrın mətbuat xidmətinin məlumatına görə, Rusiyanın xalq artisti pilləkənlərdən yıxılaraq qabırğasının sınığı şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
"Mixail Sergeeviç keçən həftəsonu baş tutan premyera məşqi zamanı büdrədi. Buna baxmayaraq, o, şou göstərdi. Qabırğanın sınması şübhəsi var, amma ciddi bir şey yoxdur”, - deyə, dramaturqun ofisinin nümayəndələri bildirib.
Lensovet Teatrının mətbuat xidməti onun yaxın vaxtlarda səhnəyə qayıdacağına ümid edir. Boyarskinin iştirakı ilə "Teatr romanı" adlı tamaşa aprelin 29-na planlaşdırılıb.
Sənətçinin həyat yoldaşı Larisa Luppian bildirib ki, həkimlər hələlik Mixail Boyarskiyə çıxış etməyə icazə verməyiblər. Həkimlər vurğulayırlar ki, sənətçinin istirahəti və gücünü bərpa etmək üçün vaxt lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.