İtaliya çempionatının oyunları təxirə salındı

İtaliya çempionatının oyunları
İtaliya çempionatı
İdman 21-04-2025 - 14:49

İtaliya A Seriyasının aprelin 21-nə planlaşdırılan oyunları bu gün Vatikanda vəfat edən Papa Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.

Ajans.az xəbər verir ki, aprelin 21-də İtaliya çempionatında dörd oyun keçirilməli idi: Torino - Udineze, Kalyari - Fiorentina, Genuya - Latsio, Parma - Yuventus.

İtaliya çempionatının turnir cədvəlinə 71 xalla "İnter" başçılıq edir.

PAYLAŞ: