Məşhur kafeyə silahlı hücum -  Ölən və yaralanan var

Məşhur kafeyə silahlı hücum - 
Dünya 09-03-2025 - 10:43

Türkiyənin Diyarbəkir şəhərində “Starbucks” qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Diyarbəkirin mərkəzi Bağlar rayonunda <…> ticarət mərkəzindəki “Starbucks”da bayırdan atəş açılması nəticəsində bir qadın həlak olub, bir nəfər də yaralanıb”, – agentlik bildirib. İHA qadının xəstəxanada keçindiyini vurğulayıb.

“Anadolu” agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının aparıldığını açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: