Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı - VİDEO

Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı -
Maraqlı 03-01-2025 - 18:52

Dünyaca məşhur "Evdə tək" filminin çəkildiyi malikanə 5,25 milyon dollara satılıb.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, satış Milad bayramından öncə baş tutub.

1990-cı ildə "Evdə tək" filmi və 1992-ci ildə çəkilən "Evdə tək 2" filmlərində nümayiş olunan Çikaqonun şəhərətrafı malikanəsi may ayında sarışa çıxarılıb. 2012-ci ildə bir alıcı ev üçün 1,58 milyon dollar ödəyib.

İki mərtəbəli kərpic ev 2018-ci ildə müasir üslub nəzərə alınmaqla təmir edilib. 

850 m²-lik malikanədə dörd kamin, beş yataq otağı, altı vanna otağı, iki camaşırxana, qaraj, istirahət zonası, idman zalı, kinoteatr otağı və qapalı idman meydançası var.

PAYLAŞ: