Məşhur cütlük boşanır! - FOTO
İş adamı Uğur Akkuş 7 ildir evli olduğu keçmiş model Ebru Şallıdan boşanmaq qərarına gəlib.
Ajans.az xəbər verir ki, Akkuş qərarını sosial şəbəkədə “hər şey puldur” açıqlaması ilə paylaşıb.
Lakin Akkuşun paylaşımının ən diqqət çəkən məqamları onun Şallıya qarşı ittihamları olub. Akkuşun “bu münasibətin sevgi evliliyi olduğunu düşündüm, amma hər şeyin pul və maddiyyatla bağlı olduğu ortaya çıxdı” deməsi diqqətdən yayınmayıb.
Ebru Şallı indiyə qədər məsələ ilə bağlı hər hansı açıqlama və ya paylaşım etməyib.