Məşhur blogerin həbs müddəti UZADILDI

Məşhur blogerin həbs müddəti
Dünya 10-10-2024 - 18:10

Moskvada Taqanski məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan bloger Ayaz Şabutdinovun həbs müddətini uzadıb.

Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məhkəmə qərarına əsasən, Şabutdinovun noyabrın 3-dək həbsdə qalacaq. Populyar blogerin işində 100 cilddən çox material var. Şabutdinovu dələduzluqda ittiham edirlər. İş üzrə zərərçəkmiş kimi 80 nəfərin adı çəkilib. Vəkillərin proqnozlarına görə, ilk məhkəmə iclası 2025-ci ilin yanvar-fevral aylarında baş tuta bilər. Şabutdinov ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.

Qeyd edək ki, bloger 2023-cü il noyabrın 3-də Moskvada saxlanılıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: