Məşhur blogerə cinayət işi açıldı
Moskvada bloger İlya Varlamov (xarici agentlərin reyestrinə daxil edilib) barəsində xarici agent vəzifəsindən yayındığına görə cinayət işi açılıb.
Ajans.az xəbər verir ki, bu barədə Lenta.ru-ya paytaxt prokurorluğu məlumat verib.
İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi (“Xarici agentlər haqqında Rusiya qanunvericiliyində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməkdən yayınma”) ilə başlanıb. Materiallar prokurorluğun nəzarətindədir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, il ərzində Varlamov iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.