Məşhur bloger həbs EDİLDİ

Məşhur bloger həbs
Bloger
Şou Biznes 17-02-2025 - 16:09

ABŞ polisi məşhur blogger SpokenReasons-u (əsl adı - John Alphonsa Baker Jr.) həbs edib.

Ajans.az xəbər verir ki, bu barədə “Dexerto” yazır.

Nəşrin məlumatına görə, polis Çikaqoda blogerin avtomobilini yoxlama üçün saxlayıb, bundan sonra onu həbs ediblər. SpokenReasons azad edilməzdən əvvəl barmaqlıqlar arxasında bir gündən az vaxt keçirib.

Qeyd olunur ki, blogger narkotik və silahların qanunsuz saxlanması, eləcə də qeyri-qanuni spirtli içkilərin daşınması da daxil olmaqla beş müxtəlif ittihamla üzləşir. O, özü də həbs xəbərini şərh etməyib.

Daha əvvəl bildirilmişdi ki, ABŞ polisi MikeSmallsJr kimi tanınan canlı yayımçının mümkün həbsi ilə bağlı zarafat etdikdən sonra həbs edib. Məlum olub ki, bloqqerin həbsinə order bir neçə ay əvvəl polis əməkdaşına tabe olmamaq və ictimai asayişi pozduğuna görə verilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: