Məşhur alim xəbərdarlıq etdi: 7,2 ballıq zəlzələ olacaq
Türkiyəli professor Süleyman Pampal İstanbulda 7.2 bal gücündə zəlzələ olacağı ilə bağlı xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki, alim bu sözləri Adana Böyükşəhər Bələdiyyəsinin keçirdiyi Adanada Qırılma Xəttləri və Zəlzələ Paneli zamanı söyləyib.
O, bütün Türkiyənin təhlükə qarşısında olduğunu vurğulayıb: “İstanbulda zəlzələ olsa, bütün Türkiyə onun altında qalacaq. Əslində bu təhlükə Türkiyənin bütün nöqtələri üçün keçərlidir. Çox gec olmadan bütün binaları zəlzələyə yararlı hala gətirməliyik”.