Məşhur aktyordan sərt reaksiya: “Millət bir-birini öldürür”
“Super ata” (“Süper baba”) serialının məşhur aktyoru Şevket Altuğ ekranlarda görünməməsinin səbəbini açıqlayıb.
Ajans.az xəbər verir ki, aktyor “Sizi niyə görmürük?” sualını belə cavablayıb:
“Türk cəmiyyətini dəyərləri və bu cəmiyyətə təqdim olunan işlərin mazmunu dəyişib. Yəni, mən hal-hazırda bu məzmunlu heç bir serialda oynaya bilmərəm. Tənqid olaraq qəbul etməsinlər, yaşıma versinlər… Görülən bütün işlərdə tapança, tüfənk, millət bir-birini öldürür. Bütün kişilər saqqalıdır. Bizim vaxtımızda saqqal rol üçün lazımdırsa saxlanılırdı. Mən belə bir mühitdə ola bilmərəm. Çünki biz gördüyümüz işlərdə insanlara sevgini, anlayışı, toleransı, birlikdə yaşamağı, bir-birinə dəstək olmağı öyrətməyə çalışırdıq. Belə bir ssenari ilə rastlaşsam, yaşıma baxmayaraq yenə də oynayaram. Amma bunun olacağını heç zənn etmirəm”.