Məşhur ABŞ-li müğənni Bakıda- FOTO

Məşhur ABŞ-li müğənni Bakıda-
Şou Biznes 11-04-2025 - 13:42

Dünyaca məşhur ABŞ-li müğənni Castin Timberleyk "The Forget Tomorrow" dünya turu çərçivəsində Azərbaycanda çıxış edəcək. Konsert iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Ajans.az xəbər verir ki, bu barədə məlumat biletlərin onlayn satış sistemi "iTicket"in "Instagram" səhifəsində dərc edilib.

Qeyd edək ki, Castin Timberleyk dövrümüzün ən uğurlu sənət adamlarından biridir. O, 31 yanvar 1981-ci ildə ABŞ-ın Tennessi ştatının Memfis şəhərində anadan olub. Karyerasına 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində dünya miqyasında populyarlıq qazanan "N Sync" pop qrupunun üzvü kimi başlayıb. 2002-ci ildən C. Timberleyk solo karyerasına başlayıb və o vaxtdan etibarən "Justified", "FutureSex/LoveSounds", "The 20/20 Experience" kimi bir neçə uğurlu albom buraxıb. O, altı dəfə Amerika Səsyazma Akademiyasının əsas mükafatı olan "Qremmi" mükafatını qazanıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: