MDB hökumət başçılarının növbəti iclası bu şəhərdə keçiriləcək

MDB hökumət başçılarının növbəti iclası bu şəhərdə
MDB
Dünya 12-12-2024 - 13:52

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Tacikistanın paytaxtında keçirilməsi təklif edilir.

Ajans.az xəbər verir ki, bu barədə dekabrın 12-də MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.

"MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Düşənbə şəhərində keçirilməsi təklif olunur", - o, Moskvada keçirilən iclasın əvvəlində deyib.

Lebedevin sözlərinə görə, Tacikistan rəhbərliyi artıq görüşün keçirilməsinə razılıq verib.

PAYLAŞ: