Mask niyə Trampın kampaniyasına milyonlarla dollar xərclədi?
Amerikalı milyarder və “SpaceX” korporasiyasının qurucusu İlon Mask prezident seçkilərində qalib gələn Respublikaçılar Partiyasının namizədi Donald Trampı biznesinə üstünlük vermək və ABŞ-də nüfuzunu artırmaq naminə dəstəkləyib.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Maskın sözlərinə görə, bütün qaydalar onun biznesinə və innovasiyasına mane olur. Buna görə də gələcək Tramp administrasiyasında o, istədiyi hər şeyi tez bir zamanda edə bilməsi üçün mümkün qədər çox məhdudiyyəti aradan qaldırmaq imkanı görür”, - deyə, agentlik anonim mənbənin sözlərini yazıb.
Materialın müəllifləri əlavə ediblər ki, Mask dəfələrlə ABŞ Ərzaq və Dərman Administrasiyası (FDA) tərəfindən innovasiyalarının ləng təsdiqi prosesindən şikayət edib və bu, onun əvvəlcə planlaşdırdığı vaxt çərçivəsində işini davam etdirməsinə mane olub. Bununla belə, Trampın qələbəsi Maska bürokratik prosesləri yüngülləşdirməyə imkan verə bilər.