Mask bu ilin sonuna kimi 10 min robotu satışa BURAXACAQ
Amerikalı sahibkar Elon Musk bildirib ki, onun şirkəti Tesla 2025-ci ilin sonuna kimi 10 min robot istehsal etməyi planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə “Elektrek” nəşri məlumat yayıb.
Mask bu barədə Tesla-nın son maliyyə hesabatı zamanı danışıb. Onun sözlərinə görə, şirkətin ilin sonuna kimi 10 min robot istehsal etmək iddialı planları var. Bununla belə, Tesla rəhbəri bunun mümkün olacağına əmin deyil: “Biz bu ilin dekabr ayının sonuna kimi 10 min robotu istehsal edə biləcəyikmi? Yəqin ki, yox, amma bir neçə min edə bilərdik? Bəli, düşünürəm ki, bacarırıq”.
Elon Mask həmçinin Tesla fabriklərində yaradılan Optimus robotlarının bir çox işi yerinə yetirə və "faydalı işlər görə" biləcəyini vəd edib. Sahibkarın proqnozuna görə, gələcəkdə korporasiya ildə 100 milyon robot istehsal etmək niyyətindədir.
İnvestorlarla görüş zamanı Mask qeyd edib ki, Tesla ayda min Optimus robotu istehsal etmək üçün nəzərdə tutulmuş konveyer xəttini layihələndirir. O, yeni nəsil robotların Optimus 2-nin ayda 10 min ədəd yığılacağını bildirib. Tesla rəhbərinin sözlərinə görə, robotun ədalətli dəyəri ildə 1 milyon ədəd istehsal olunarsa, 20 min dollar təşkil edəcək.
Daha əvvəl Tesla-nın baş direktoru İlon Mask söz vermişdi ki, şirkət 2025-ci ilin ortalarında sürücüsüz taksilər buraxacaq. Layihənin iyun ayında Texas ştatının Ostin şəhərində işə salınması planlaşdırılır.