Mask ABŞ prezidentinə istənilən məmuru işdən çıxarmaq hüququ verməyə ÇAĞIRDI
Amerikalı sahibkar və milyarder İlon Mask sosial şəbəkədəki səhifəsində yazıb ki, ABŞ prezidenti istənilən məmuru istənilən səbəbdən işdən çıxara bilməlidir.
Ajans.az xəbər verir ki, o, senator Mayk Linin müvafiq bəyanatına cavab verib.
O cümlədən, senator icra hakimiyyətinin başçısına “istənilən vaxt və hər hansı səbəbdən istənilən vəzifəli şəxsi işdən azad etmək” hüququnun verilməsini təklif edib. Linin sözlərinə görə, yeganə istisna ABŞ vitse-prezidenti olmalıdır.
“Politico” daha əvvəl bildirmişdi ki, Mask ABŞ Konqresini Milad ərəfəsində Amerika büdcə layihəsinə yenidən baxmağa məcbur edib. O, bu mövzuda 150-dən çox paylaşım edərək deputatlar arasında xaosa səbəb olub. Konqresmenlər tələm-tələsik yığılmış paketi irəli sürməyə məcbur olublar. Jurnalistlər qeyd ediblər ki, Konqres bunu diqqətlə qurulmuş planların “zəlzələsi” kimi qiymətləndirir.
The New York Times qeyd edib ki, Mask ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla birlikdə ABŞ-nin federal xərclərini 2 trilyon dollar azaltmağa hazırlaşır. Lakin analitiklər bu ideyanın effektivliyinə şübhə ilə yanaşır. Onlar hesab edir ki, Mask və Trampın ideyası sosial proqramların xərclərinin artması səbəbindən iflasa uğrayacaq.