Mart ayında qeyri-iş günlərinin SAYI AÇIQLANDI

Mart ayında 16 gün iş olmayacaq.
Ajans.az-ın xəbərinə görə, qeyri-iş günlərinə 8 Mart–Qadınlar Günü, Novruz bayramı, şənbə və bazar günləri daxildir.
Belə ki, 8 Mart–Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq. Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq.
Martın ayında bayramlardan əlavə, şənbə və bazar günləri də daxil olmaqla, ümumilikdə 16 gün iş olmayacaq.