Manyak müəllim peyda olub - Cinayət işi AÇILDI!
Astana gimnaziyalarından birində 43 yaşlı tarix müəllimi 7-ci sinif şagirdlərini qısnamaqda günahlandırılıb.
Ajans.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. “Astananews.kz” səhifəsi bildirib ki, 32-ci gimnaziyanın şagirdlərinin valideynləri müəllimin qızlara saat 21:00-dan sonra “WhatsApp”da hisslərini bildirərək yazdığı mesajları öyrənib.
“Səs yazılarında o, açıq şəkildə deyirdi: “Sən mənim olacaqsan, mən də sənin olacam”. Valideynlər də müəllimin işə sərxoş gəldiyini bildiriblər. Hadisəni eşidən məktəb direktoru onun könüllü işdən getməsinə icazə verib ki, bu da səs-küyün qarşısını almaq və vəzifəsini saxlamaq üçün edilib. Valideynlər onun başqa məktəbdə işə düzəlməyəcəyinə və ya hərəkətlərini təkrarlamayacağına dair hansı təminatların olmasından narahat olduqlarını bildirirlər. Direktora yaxınlaşdılar, amma direktor hay-küy salmaq istəmir. Valideynlər həmin maddə ilə müəllimin işdən çıxarılmanı və cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər”, - deyə nəşr yazır.
Astana Təhsil İdarəsi bildirib ki, bu gün şəhər Polis İdarəsi bu faktla bağlı cinayət işi açıb və araşdırma aparır. Digər məlumatlar açıqlanmır.