"Manyak" ləqəbli qatil həbsxanadan bu cür yayındı - TƏFƏRRÜAT

"Manyak" ləqəbli qatil həbsxanadan bu cür yayındı -
Qatil
Kriminal 27-11-2024 - 11:50

Çelyabinskdə “Çelyabinsk manyakı” kimi tanınan Vladimir Çeskidovun işi üzrə səs-küylü məhkəmə prosesi başa çatıb.

Ajans.az xəbər verir ki, Rayon Məhkəməsi ekspertizası onu dəli elan etdikdən sonra onun intensiv nəzarət altında məcburi müalicəyə göndərilməsi barədə qərar çıxarıb. Beləliklə, Çeskidov həbsdən yayınıb. 

Uzun illər əvvəl Çeskidov 14 ilə yaxın evində saxladığı qızı qaçıraraq sistemli şəkildə zorakılığa məruz qoyub. O, 2023-cü ilin yayında, delirium tremens (alkoqol asılılığı, alkoqol deliriyası – red) simptomları yaşamağa başlayıb. Zərərçəkmiş vəziyyətdən istifadə edərək boltu sındıraraq qaçıb.

Lakin onun qurbanlarının heç də hamısı qaça bilməyib. Çeskidovun yanına gələn qadınlardan biri qaçmaq istəyərkən öldürülüb. Cinayətkar onun qalıqlarını gizlədib və mərhumun şəxsiyyəti hələlik müəyyən edilməyib.

İş üzrə məhkəmə bağlı qapılar arxasında keçirilib. Qərarın elanı zamanı hakim Çeskidovun adam oğurluğu, qətl, zorlama və zorakılıq xarakterli digər əməllər də daxil olmaqla bir neçə ağır ittihamlar üzrə təqsirli olduğunu təsdiqləyib. Lakin təqsirləndirilən şəxs günahı boynuna almayaraq zərərçəkmişlərdən biri ilə münasibətinin könüllü olduğunu iddia edib.

Məhkəmənin qərarı elan olunanda məhkəmə icraçıları həmin şəxsi nəzarətə götürüb və əli qandallı tibb müəssisəsinə aparıblar. Təqsirləndirilən şəxsin yaxınları, o cümlədən anası məhkəmədə iştirak etməyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: