Lənkəranda ev yandı - Ata və oğul xəsarət aldı

Lənkəranda ev yandı -
yanğın
Hadisə 06-03-2025 - 09:30

Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, yanğın hadisəsi 1961-ci il təvəllüdlü Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu Murad Əliyev xəsarət alıb. Xəsarət alan 64 yaşlı Z.Əliyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: