Lavrov Rusiyanın yeni Tramp administrasiyası ilə təmasından danışdı
Rusiya heç vaxt təmaslardan imtina etməyib, çünki bir-biri ilə danışmaq və təcrid edilməmək vacibdir.
Ajans.az xəbər verir ki, bu sözləri deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ seçkilərində qalib gələn Donald Trampın yeni administrasiyası ilə qarşılıqlı fəaliyyət perspektivlərini şərh edib.
“Rusiya heç vaxt heç kimlə əlaqədən imtina etməyib. Dialoqun davam etdirilməsi həmişə bir-birini təcrid etməkdən daha yaxşı həll yolu olacaq”, - deyə, diplomat qeyd edib.
Lavrovun sözlərinə görə, Rusiya lideri Vladimir Putin digər dövlətlərlə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edərkən həmişə Moskvanın müvafiq mövqeyini vurğulayır.