Küləkli havaya görə sürət həddi endirildi

Cəmiyyət
05-11-2024 - 06:27
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 kilometr/saata endirilib.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat - sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Oxşar xəbərlər
Audiovizual Şura ümumölkə televiziya yayımçılarının proqramlarının janr böl... AÇIQLAYIB
Cəmiyyət18:48 / 21-04-25