Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ELAN EDİLİB

Milli Hidrometeorologiya Xidməti martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən Ajans.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan, Qobustan, Neftçala, Yardımlı, Lerik, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qusar, Naxçıvan, Culfa və Ordubadda fasilələrlə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
Mövzular:
Oxşar xəbərlər
Həm maaş, həm də pensiya alan deputatların aylıq qazancı nə qədərdir? - MƏBLƏĞ
Cəmiyyət18:00 / 28-10-24