Kreml Baydenin silah danışıqları məsələsinə cavab verdi

Kreml Baydenin silah danışıqları məsələsinə cavab verdi
Siyasət 14-10-2024 - 15:46

“Silahların azaldılması ilə bağlı təmaslar zəruridir, lakin təhlükəsizliyin digər aspektlərinin müzakirələri ilə birləşdirilməlidir”.

Ajans.az xəbər verir ki , bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. Peskov ABŞ prezidenti Co Baydenin silah danışıqlarının zəruriliyi ilə bağlı sözlərinə cavab verib. O vurğulayıb ki, nüvə silahları ilə bağlı təmaslar “rəf”də saxlanıla bilməz.

Prezidentin mətbuat katibi Rusiya ilə Qərbin qarşıdurmasını nəzərə alaraq digər təhlükəsizlik məsələlərinin də müzakirə edilməsinin vacibliyini qeyd edib. “Mövzunu təhlükəsizliyin bütün digər aspektləri ilə əlaqələndirmədən bu barədə danışmaq qətiyyən mümkün deyil. Bizim prezidentimiz isə artıq bu barədə danışıb”, –deyə, Peskov vurğulayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: